Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şamaxıda karantini pozan şəxslər cərimələndi



Newscenter.az.8.04.2020. Şamaxı Rayon Polis Şöbəsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, son bir gündə polis əməkdaşları karantin rejimi qaydalarını pozduqlarına görə 79 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati protokol tətbiq ediblər.

Onlar inzibati qaydada 100 və 200 manat məbləğində cərimə olunublar.

Hazırda Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Xəbəri paylaş