Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sel sulari daha 3 körpünü uçurub



Newscenter.az.11.05.2020. Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndlərinin ərazilərində olmaqla, Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, əraziyə nazirliyin aidiyyəti nümayəndələri cəlb olunub, hadisə yerində müvafiq tədbirlər görülüb.

Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər kəndlərdə daxili gediş-gəliş vasitəsi kimi istifadə olunub.

Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.

Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.
Xəbəri paylaş