Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sağlamlıq imkanları məhdud uşaqlardan maraqlı videoçarx



Newscenter.az.12.05.2020. Bakı şəhəri 268 nömrəli xüsusi məktəbin şagirdləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş maraqlı videoçarx hazırlayıblar.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, videoçarxda mövcud tibbi-profilaktik vəziyyətlə əlaqədar tədris prosesini onlayn qaydada evdə davam etdirən sağlamlıq imkanları məhdud uşaqlar çıxış edir.

Şagirdlər videoçarxı ulu öndərin Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azərbaycan bayrağı və bayrağın müqəddəsliyi haqqında fikirlərinə əsaslanaraq hazırlayıblar.

Qeyd edək ki, videoçarxın hazırlanmasının əsas məqsədi şagirdlərə ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsini aşılamaq, onları milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərin evdə vaxtlarını faydalı məşğuliyyətlərə sərf etmələrinə nail olmaqdan ibarətdir.

R.Mehdiyeva
Xəbəri paylaş