Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Hünər” Vətənpərvərlik mahnıları onlayn-müsabiqəsi keçirilir



Newscenter.az.13.05.2020. Azərbaycanı tərənnüm edən mahnıların gənclər arasında təbliğ edilməsinin vacibliyini nəzərə alaraq, Gənclər və İdman Nazirliyi tərəfindən 2020-ci ilin may ayının 1-dən iyun ayının 26-dək “Hünər” Vətənpərvərlik mahnıları onlayn-müsabiqəsi keçirilir.

Newscenter.az-a nazirliyin mətbuat katibliyindən bildirilib ki, müsabiqəyə qoşulmaq istəyən 14-29 yaşlı istedadlı gənclər vətənpərvərlik mövzusunda xalq, bəstəkar və estrada janrında olan mahnılar ifa etməklə (mahnılar musiqi aləti ilə də ifa edilə bilər) bacarıqlarını nümayiş etdirə biləcəklər. İlkin mərhələdə iştirakçılar qeydiyyatdan keçməklə, öz ifalarını canlı və ya minusovka şəklində videoçəkiliş etməklə (və ya audioyazı formatında) təqdim edə biləcəklər. Münsiflər heyətinin qərarına əsasən iştirakçılar arasından seçilən 20 nəfərin yekun mərhələdə ifa edəcəyi mahnılar karantin rejiminin tələblərinə riayət edilməsi şərti ilə studiya şəraitində yazdırılacaq. Nəticədə, 2020-ci ilin iyun ayında keçiriləcək yekun seçim mərhələsində Münsiflər heyətinin rəyi nəzərə alınmaqla qaliblər müəyyənləşəcəkdir.

Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.4-cü (Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi) yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Sevinc
Xəbəri paylaş