Newscenter.az.14.05.2020. Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırkı dövrədək ölkəmizdə 2 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1 011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.