Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz”ın baş direktoru onlayn konfransda iştirak edib



Newscenter.az.14.05.2020. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr olunmuş onlayn formatda “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” mövzusunda elmi videokonfrans keçirilib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, konfransın əsas təşkilatçıları Təhsil Nazirliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti olub. Bundan başqa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Lənkəran Dövlət Universiteti və digər mötəbər elm ocaqlarının nümayəndələri da müzakirələrdə iştirak ediblər.

Ayrı-ayrı elm ocaqlarının tanınmış alimləri çıxışlarda Ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatı üçün gördüyü əvəzolunmaz işlərdən söz açıblar və bu günün reallıqlarının məhz Ulu Öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin gərgin və yorulmaz əməyinin məhsulu olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, konfransda “Azəriqaz”ın baş direktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı, texnika üzrə fəlsəfə doktoru Ruslan Əliyev də çıxış edib. “Mənzil sferasının sosial-iqtisadi problemləri və islahatların reallaşdırılmasının elmi əsasları” mövzusunda fikirlərini bölüşən R.Əliyev mənzil-kommunal sferasında islahatların aparılması, bu zaman normativ-hüquqi və iqtisadi-təşkilatı mexanizmlərin işlənməsinin zəruriliyindən söz açıb.

Zaur
Xəbəri paylaş