Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mbappe PSJ-dən ayrılıb

Mbappe PSJ-dən ayrılıb


Fransanın Paris Saint-Germain (PSJ) komandasında çıxış edən 25 yaşlı Kilian Mbappe mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Paris Saint-Germain-də çıxış edən Kilian Mbappe şəxsi sosial media hesabında bununla bağlı video paylaşıb.

Mbappe mövsümün sonunda Paris Saint-Germain-dən ayrılacağını açıqlayaraq, "PSJ-dəki macəram sona çatmaq üzrədir. Macəramız bir neçə həftəyə sona çatacaq. Son matçımı Parc Des Princes-də oynayacam. Bazar günü Fransanı tərk etmək də çox çətindir, amma mənə yeni bir macəra lazımdır. Bundan sonra PSJ-ni yaxından izləməyə davam edəcəyəm, çünki bu klubu sevirəm, hər zaman ürəyimdə olacaqsan" deyib.

Qeyd edək ki, ulduz futbolçu PSJ ilə 6 Fransa Liqa çempionluğu, 3 Fransa Superkuboku, 3 Fransa Kuboku və 2 Fransa Liqa Kuboku olmaqla ümumilikdə 14 kubok qazanıb.

Oruc Niyazov
Xəbəri paylaş