Newscenter.az.18.05.2020. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb.
EDNews.net bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, şöbənin əməkdaşları - Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər.
Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.
Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.