Newscenter.az.19.05.2020. Azərbaycanda uşaqların demək olar ki, üçdə biri (32%) video oyunlara gündə bir və ya iki saat vaxt sərf edir. Ölkədəki digər 6% gənc istifadəçi isə bu fəaliyyətə o qədər çox vaxt ayırır ki, məktəb fəaliyyətlərindən geri qalmaq problem yaşayır. Eyni zamanda, uşaqların üçdə biri ümumiyyətlə video oyun oynamır. Bunlar, 2019-cu ilin sonunda Kaspersky tərəfindən Azərbaycanda aparılan bir araşdırmanın nəticələridir.
İndi, yəni pandemiya dövründə, uşaqlar məsafədən öyrənmə, həmyaşıdları ilə canlı ünsiyyətin və fiziki aktivliyin olmaması və s. səbəbindən ekran qarşısında daha çox vaxt keçirməyə başlayıblar. Çox vaxt, onlar sadəcə nə ilə məşğul olacaqlarını bilmirlər və vaxtı qadcetlərin köməyilə öldürürlər. Buna görə də indiki şəraitdə gənc istifadəçilər üçün İnternet asılılığı və digər psixoloji problemlərin yaranma riski var.
Hər bir valideyn yadda saxlamalıdır ki, ağılla seçilmiş oyun yox, kompüterdə keçirilən vaxta nəzarətin olmaması uşağa zərər verə bilər. Kompüter oyunları bir-birindən əhəmiyyətli dərəcədə fərqlidir və müxtəlif yaş dərəcələrinə uyğundur.
Məsələn, Kaspersky mütəxəssisləri axıcı süjetə malik kompüter oyunlarını digərlərindən ayırırlar. Onları tez-tez filmlər və hətta ədəbiyyatla müqayisə edirlər: oyunun gedişində uşaq gələcəkdə nəyin baş verəcəyini bilməkdə maraqlı olur və daim özünə yeni bir sərhəd qoyur - "yadda saxlama nöqtəsinə qədər," "bir sonrakı səviyyəyə qədər" və s. Bu cür oyunları başa çatdırmaq bir neçə saatdan bir neçə günə qədər davam edə bilər, onların əksəriyyəti çox populyardır və bütün dünyada pərəstişkarları var. Uşaqların onlayn təhlükəsizliyi üzrə mütəxəssislərin fikrincə, bu cür oyunlar uşaqların dünyagörüşünü genişləndirə və faydalı bir hobbi kimi çıxış edə bilər.
Eyni zamanda, uşaqları daha çox cəlb edə biləcək çoxsaylı onlayn oyunlar var, çünki onlarda, öz fərdi oyunu ilə yanaşı, uşaq həm də sosiallaşma - digər oyunçularla ünsiyyət də əldə edir. Uşaqda hətta bir maraq qrupu da meydana çıxa bilər. Kaspersky-nin tədqiqatına əsasən, Azərbaycanda uşaqların 42% -i onlayn multipleyer oyunu oynayır, belə ki, daha yüksək göstərici 15-18 yaşlı yeniyetmələr arasındadır (59%). İstənilən şəbəkələşmiş dünyada sosial bir aspekt yaranır və bu cür oyunlar da istisna deyil. Ancaq uşağa oyun dünyasının gerçək dünyanı əvəz edə bilməyəcəyini çatdırmaq lazımdır. Bundan əlavə, valideynlər qızının və ya oğlunun sevdiyi hər hansı bir oyunun yaş həddinə diqqət yetirməlidirlər.
“Kompüter oyunları ilə bağlı çoxlu mənfi fikirlər var və onlar qismən həqiqət ola bilər. Məsələn, daxili alış-veriş sisteminin tətbiq olunduğu oyunların sayı hər gün daha da çoxalır. Oyun valyutası və ya digər resursları əldə etmək üçün uşaqlar valideynlərinin gerçək pullarını xərcləyə bilərlər. Məlum olan bəzi hallarda heç nədən şübhələnməyən uşaq külli miqdarda pul xərcləyib, nəticədə isə həmin pullar böyüklərin kart hesabından çıxılıb," deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib. "Hər cür mümkün riskləri minimuma endirmək üçün, valideynlərin övladlarının oynadıqları oyunlar ilə maraqlanmaları və oyun seçimində fəal iştirak etmələri vacibdir - janrlara, yaş reytinqinə və tətbiqdə satınalmaların olmasına diqqət yetirilməlidir. Həmçinin, gənc istifadəçilərin kompüterə sərf etdikləri vaxta nəzarət etmək və sadəcə uşaqlarla daha çox ünsiyyət qurmaq lazımdır."
Kaspersky mütəxəssisləri, böyüklərə uşaqlarla etibarlı əlaqələr qurmağı, İnternet davranışları haqqında danışmağı və bu sahədəki maraq və problemlər haqqında bilməyi məsləhət görürlər. Kaspersky Safe Kids həllinin köməyi ilə istənməyən məzmundan və digər İnternet təhlükələrindən qorunmaq olar. Bu məhsul bir çox aktual kiber təhdidləri tanıyır və bloklayır, uyğun olmayan məzmunu süzgəcdən keçirir və potensial təhlükəli yadlarla onlayn əlaqələrin qarşısını alır. Bundan əlavə, bu həllin köməyilə valideynlər uşağın paylaşımlarından və sosial şəbəkələrdəki dostlar siyahısındakı dəyişikliklərdən xəbərdar ola, həqiqi vaxt rejimində onların yerini öyrənə bilərlər.
* Azərbaycanda valideynlərin uşaqların kibertəhlükəsizliyi ilə bağlı mövqeyi haqqında araşdırma 2019-cu ilin oktyabr ayında Kaspersky-nin sifarişi ilə Era tərəfindən aparılıb. Sorğuda 0 ilə 18 yaş arasında uşaqları olan 300 valideyn iştirak edib.
Sevinc