Newscenter.az.21.05.2020. Mayın 20-də Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.
Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, K.Heydərova məxsus avtomobil işıqforu keçəndə “Maserati”yə çırpılıb. Qəza zamanı nazir də avtomobildə olub. O, dərhal mühafizəçilərin olduğu avtomobilə əyləşərək hadisə yerini tərk edib.
Görüntüdən aydın olur ki, hər iki avtomobilə ciddi ziyan dəyib.