Newscenter.az.22.05.2020. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat Anar Məmmədov karantin rejimi ilə əlaqədar olaraq seçicilərlə növbəti dəfə onlayn qəbul keçirib .
Newscenter.az xəbər verir ki, bu haqda deputat öz şəxsi facebook hesabında məlumat verib.
Seçicilər ilk öncə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirərək, ölkə başçısının ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin yanında olduqlarını diqqətə çatdırıblar.
Daha sonra müraciət və təkliflər dinlənilib. Müraciətlər əsasən içməli su probleminin həll olunması, qaz xətlərinin bərpası, mənzillərin təmiri, ev tikintisi üçün inşaat materiallarının ayrılması, işə qəbul, müxtəlif məqsədlər üçün torpaq sahələrinin ayrılması və s. məsələlər əhalini narahat edən əsas problemlərdən olub. Bütün məsələlər qeydiyyata alınıb, həlli istiqamətləri müəyyənləşdirilib.
Millət vəkili bildirib ki, qaldırılan bütün məsələlərin həlli onun şəxsi nəzarətində olacaq və müvafiq hakimiyyət orqanları ilə müştərək həll üçün səy göstəriləcək. Eyni zamanda, qəbul zamanı bir qisim müraciətlər yerindəcə həll edilib. Digər qismi isə aidiyyətı orqanlara yönləndirilib.
Anar