Newscenter.az.30.05.2020. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 30-a olan statistik göstəriciləri açıqlayıb.
Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 661 test edildiyi bildirilib.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 294 264 test aparılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər isə vəfat edib.
Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 5 246 nəfərə, sağalanların sayı 3 327 nəfərə, ölənlərin sayı isə 61 nəfərə çatıb.