Newscenter.az.30.05.2020. “Şəxsi heyətlə aparılan ideoloji işin müsbət nəticəsidir ki, düşmən və ona dəstək verən bəzi qüvvələr tərəfindən Ordumuza qarşı aparılan kampaniyalar heç bir nəticə vermir və verməyəcək.
Newscenter.az xəbər verir ki, bu fikirləri mayın 30-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirdiyi xidməti müşavirədə səsləndirib.
Nazir əmin olduğunu bildirib ki, cənab Prezidentin və dövlətin dəstəyi, eyni zamanda vətənpərvər qüvvələrin səyi nəticəsində Azərbaycan əsgərinə qarşı yönələn düşmən niyyətlər ifşa olunacaq:
"Bu aksiyalarda iştirak edənlər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaqlar”.