Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir



Newscenter.az.30.05.2020. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa olunan məcburi köçkünlər üçün Qobu Park yaşayış kompleksi dövlətimizin iradəsini və qüdrətini nümayiş etdirir

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sədaqət Vəliyeva deyib ki, 28 May – Respublika Günündə 1336 məcburi köçkün ailəsinin yerləşəcəyi “Qobu Park-3” yaşayış kompleksinin açılışının olması mühüm siyasi və sosial əhəmiyyətə malikdir:

"Çünki, belə qəsəbələrin açılışında Prezident İlham Əliyevin iştirakı qaçqın və məcburi köçkünlərə nə dərəcədə yüksək səviyyədə qayğı göstərildiyinin daha bir real sübutudur. Yaradılan şəraitlə dövlət başçısının bilavasitə yerində tanışlığı, məcburi köçkünlərin evində qonaq olması, onlarla birbaşa təması həm də Azərbaycan Prezidentinin bu insanlara xüsusi diqqətinin real göstəricisidir. I Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa olunan məcburi köçkünlər üçün Qobu Park yaşayış kompleksi dövlətimizin iradəsini və qüdrətini nümayiş etdirir. I Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa olunan “Qobu-1” və “Qobu-2” layihəsi artıq istifadəyə verilib və 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq. Ümumilikdə isə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək".

Millət vəkili qeyd edib ki, MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur:

"Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir və göstərilən istiqamətdə uğurlu nəticələrin əldə olunduğu beynəlxalq miqyasda da açıq etiraf edilir. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bütövlükdə bu günə qədər Azərbaycanda 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. Hələ 2003-cü ildə Prezident seçkiləri ərəfəsində Cənab İlham Əliyev söz vermişdiki, Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Dörd il ərzində çadır şəhərçikləri ləğv edildi və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb. Ötən il isə məcburi köçkünlər üçün rekord sayda - 5 minə yaxın evlər, mənzillər tikildi. Bu il 7-8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin ediləcək".

Sədaqət Vəliyeva vurğulayıb ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər:

"Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər. Cocuq Mərcanlının uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurulması bu əminliyi insanlarda daha da möhkəmləndirib".

Anar
Xəbəri paylaş