Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1 050 nəqliyyat vasitəsi postlardan geri qaytarıldı



Newscenter.az.2.01.2021. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Qazax yollarında quraşdırılmış xüsusi karantin postlarında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, 2021-ci il yanvarın 1-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən – Bakı-Quba yolunda 170, Bakı-Şamaxı yolunda 230, Bakı-Qazax yolunda 650 olmaqla, ümumilikdə 1 050 nəqliyyat vasitəsi müəyyən olunub.

Onlardan 530-u Bakı istiqamətinə, 520 nəqliyyat vasitəsi isə regionlara geri qaytarılıb.

Qeyd olunan müddətdə müvafiq istiqamətlər üzrə karantin rejimi qaydalarını pozan 20 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Xəbəri paylaş