Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazimizin görmə qabiliyyəti bərpa edilib



Newscenter.az.3.03.2021. Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yara alıb.

Newscenter.az xəbər verir ki, israilli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib. Onun gözünün içərisinə okulyar bir linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi.

Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.
Onun sağalma prosesi getdikcə daha da yaxşılaşacaqdır.

Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

Sevinc
Xəbəri paylaş