Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BƏƏ ilə innovasiyalar və kosmik sahədə əməkdaşlıq məsələləri müzakirə edilib



Newscenter.az.23.06.2021. Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ümumi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş