Newscenter.az.9.10.2021. Sülh mədəniyyətinə o zaman nail olmaq mümkün olacaqdır ki,planetin bütün sakinləri qlobal problemləri dərk edəcək,münaqişələrin həlli vərdişlərinə yiyələnəcək,qeyri-zorakı yolla ədalət uğrunda mübarizəni öyrənəcək,beynəlxalq insan hüquqları və ədalət prinsiplərinə riayət edəcək, mədəni müxtəlifliyi qiymətləndirəcək, Yer planetinə və bir-birinə hörmətlə yanaşacaqdır.
Sülh yalnız zorakılıq və münaqişənin yoxluğu deyil bu, elə birgə yaşayış üsuludur,ki, cəmiyyətin hər bir üzvünün öz hüquqlarını reallaşdırmaq imkanı olsun.Baxmayaraq ki, sülh anlayışı formal şəkildə insan hüququ kimi kodlaşdırılmamışdır,qəbul edilmişdir ki,insan hüquqlarının reallaşdırılması üçün sülh zəruri elementdir və üçüncü nəsil insan hüquqlarına və ya həmrəylik hüquqlarına aid edilir. Bu hüquqlar ayrı-ayrı daha çox bütün cəmiyyətlə, insan qrupları ilə bağlıdır, məsələn, sağlam ətraf mühit hüququ, dayanıqlı inkişaf hüququ, ümumbəşəri irsdən bəhrələnmək hüququ kimi.
Y U N E S K O-nun nümunəsinə əsaslanaraq, BMT-nin Ali Assambleyası 1999-cu ildə Sülh Mədəniyyəti Deklarasiyasını qəbul edib.Deklarasiyada qeyd olunur ki,sülh mədəniyyətinə təsir etmək cəmiyyətin bütün üzvlərinin çiyinlərinə düşür, o cümlədən valideynlərin, müəllimlərin, siyasətçilərin, jurnalistlərin, dini təşkilatların, ziyalıların, vətəndaş cəmiyyəti institutlarının, elmi, fəlsəfi, bədii yaradıcı fəaliyyətlə məşğul olanların, səhiyyə və sosial işçilərin bütün səviyyədən olan idarələrin,qeyri-hökümət təşkilatlarının .
Əvvələr nüvə müharibəsi nəticəsində ümumi məhvin qarşısının alınmasına hədəflənmiş sülh təhsili indi daha qlobal məsələyə-sülh mədəniyyətinin qurulmasına yönəlmişdir.O, münaqişə səbəblərinin (səfalət və diskriminasiyasının bütün formaları kimi) anlaşılması və aradan qaldırılmasına, eləcə də münaqişələrin idarə edilməsi vərdişlərin inkişafına istiqamətləndirilmişdir.Sülh yolu ilə münaqişələri həll etmək-anadan gəlmə vərdişlərinin inkişafına istiqamətləndirilmişdir.Sülh yolu ilə münaqişələri həll etmək-anadangəlmə vərdiş deyil, bu vərdişi uşaq yaşlarından öyrənilib, təcrübədən keçirmək zəruridir.Mahatma Qandinin dediyi kimi “əgər biz dünyada sülhə nail olmaq istəyiriksə, uşaqlardan başlamalıyıq.
Uşağın təhsili azad cəmiyyətdə anlaşma,sülh,dözümlülük, kişi və qadın bərabərliyi, bütün xalqlarla, etnik, milli, dini qruplara, eləcə də yerli əhali ilə dostluq ruhunda şüurlu həyata hazırlığa istiqamətlənməlidir.
Uşaq hüquqları konvensiyasının 29 d maddəsi
Adətən uşaq baş verən münaqişəni digər uşaqlarla, valideynlərlə, müəllimlərlə, başqa böyüklərlə birlikdə yaşayır. Münaqişə neqativ və məhvedici olmur, adətən onu məhdudlaşdırıb, həll etmək mümükündür. Əksinə zorakılıq, aqressiv güc nümayişi və hədsiz hakimiyyət insan hüquqlarının pozulmasına və dağıntılara gətirib çıxarır. Bu səbəbdən cəmiyyət münaqişənin qeyri-zorakı həlli üçün xeyli üsullar fikirləşib, məsələn, danışıqlar, digər əməkdaşlıq formaları “Bu üsulların nəticələri qarşılıqlı razılaşma (münaqişənin “qələbə-qələbə” həlli yolu) və kompromislərdir. Uşağa münaqişəni həll etməyi və zorakılıqdan imtina etməyi öyrətmək onun sosiallaşmasında vacib aspekdir.
Sülh təhsili uşaqlara davranışı dəyişmək üçün vacib olan bilik, vərdiş, münasibət və dəyərlər öyrədir. Yeni davranış uşaq və gənclərə imkan verəcək ki, həm açıq həm də gizli münaqişələri və zorakılığı qabaqlasınlar, yaranmış münaqişəni sülh yolu ilə həll etsinlər, şəxslərarası, qruplararası, milli eləcə də beynəlxalq səviyyədə yaxşı münasibətlər qursunlar. Sülh təhsili uşaqlarda özünəinam hissini yüksəldir, problem həlletmə vərdişlərini inkişaf etdirir, təhlükəli davranışdan uzaq olmağa kömək edir.
Onu da qeyd edək ki. 44 günlük Vətən Müharibəsinin yekunlaşmasından sonra Azərbaycan dövləti üçün qarşıda duran əsas prioritet məsələlər işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və həmin ərazilərdə iki xalqın nümayəndələrinin birgə, sülh və əmin-amanlıq içində yaşamasıdır. İlk baxışda erməni və azərbaycanlı əhalinin birgə yaşayışı olduqca çətin görünsə də tarixi aspekdən bunun mümkünlüyü artıq sübut olunub. Hər birimizə məlumdur ki,keçmişdə SSRİ-nin tərkibində olarkən iki xalqın nümayəndələri bir-biri ilə dostluq münasibətləri içində yaşayıb. Ümid etmək olar ki, bundan sonra da bu münasibətləri yenidən bərpa etmək mümkün olacaq. Azərbaycanda illərdir ki,davam etdirilən multikultural siyasət onu deməyə əsas verir ki, ölkəmizdə yaşayan bütün etnik qruplar və millətlər-ümumdövlət mənafeləri və dəyərləri uğrunda birləşməyə hazırdır. Bunu həm 1992-1993-cü ildə illərdəki Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi sübut edir ki, hər iki müharibədə də digər millətlərin nümayəndələri canlarını heçə sayaraq ərazi bütövlüyümüz uğrunda vuruşmuş və canlarından keçmişdir. Bəli, milliyyətindən asılı olmayarq hər bir vətəndaşımız vahid Azərbaycan üçün canını verməyə hazırdır.
Biz, onların hər biri ilə qürur duyuruq, fəxr edirik.Beləliklə,Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir.Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da,kürd də, talış da, udin də, başaqası da bütünlüklə hamısı azərbaycanlıdır.”Azərbaycan” sözü bizim hər birimizi birləşdirən dəyərdir.Ümummilli lider Heydər Əliyev də çox millətliliyimizin milli sərvətimiz olduğunu demişdir: “Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad olan adamlardır.Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar”.Bəli, Azərbaycan fərqli xalqların nümayəndələrinə daim qucaq açan, onların milli hüquqlarına, dinlərinə və ləyaqətli yaşamaq haqlarına hörmətlə yanaşan tolerant bir ölkədir. Şübhə yoxdur ki,gələcəkdə azərbaycanlı əhalinin öz dioğma yurd –yuvalarına qayıdacağı dövrdə də azərbaycanlı əhali erməni əhali ilə yan-yana yaşayacaq və heç bir qarşıdurma ,neqativ hal yaşanmayacaqdır.Unutmaq olmaz ki,30 illik müharibə xalqların yox,dövlətlərin müharibəsidir.Və hazırda, müharibə bitib, haqq öz yerini tapıb, ədalət bərpa olunub.Cənab İlham Əliyevin 26 fevral 2021-ci il tarixdəki mətbuat konfransda dediyi kimi,Xankəndində, Xocalıda,Xocavənddə yaşayan ermənilər də bizim vətəndaşlarımızdır.Qısacası erməni xalqı sülhün xeyrini görəcəkdir.Həm maddi, həm mənəvi olaraq sonda. bir daha vurğulamaq istərdim ki,bölgədə davamlı sülhün təmin olunması üçün 2 dövlət də var gücü ilə çalışmalıdır.
Aşağı Göynük kənd tam orta məktəbin psixolqu: Əkbərova Kəmalə