Newscenter.az.16.11.2021. Bu gün dünyanın ən nüfuzlu təşkilatlarından olan UNESCO-nun yaranması günüdür. İrqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün dünya insanlarını elm, təhsil, mədəniyyət və incəsənət əməkdaşlığında qovuşduran, sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfələr verən
bu mötəbər təşkilatın ən mötəbər üzvlərindən, sanballı tərəfdaşlarından biri də məhz Azərbaycandır.
Azərbaycan - UNESCO əlaqələrinin yaxşı təməl üzərində qurulmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır, 1993-cü il dekabrın 21-də Parisə səfəri zamanı UNESCO-nun baş direktoru Federiko Mayorla görüşündən sonra ikitərəfli etibarlı təmaslar inkişaf etmişdir. Prezident İlham Əliyevin milli və bəşəri ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti sayəsində UNESCO ilə Azərbaycan arasında münasibətlər daha da genişlənmişdir.
Birinci Vitse-prezident Mehriban Əliyevanın sərhəd tanımayan bəşəri humanizm missiyası isə UNESCO-Azərbaycan əlaqələrinin tamamilə yeni mərhələyə qədəm qoyaraq öz rəngarəngliyi ilə dərin töhfəsini verib.
Mehriban Əliyeva Azərbaycanın mədəniyyət diplomatiyasında yeni zəngin səhifə açaraq respublikamızın UNESCO ailəsinin tamtərkiblü üzvü kimi şöhrət və hörmətinin yüksəlməsinə möhür vurmuşdur.
Mehriban xanım XXI əsrin əvvəllərindən etibarən dünyada yeni hüdudsuz humanizm dalğasına başlamaqla Qərb-Şərq sivilizasiyasına heyrətamiz zənginlik qatıb. Təkcə Azərbaycan mədəniyyətinə deyil, dünyanın zəngin mədəniyyət xəzinəsinə özünəməxsus ab-hava, nəcib bir humanitar oyanış gətirən Mehriban xanım bununla həm də UNESCO-nun ali məramlarını layiqincə qlobal miqyasda gerçəkləşdirən Xoşməramlı çarçıya çevrilmişdir. Dünya mədəni irsinin qorunması və bərpasında, sivilizasiyaların yadigarı olan onlarla abidənin öz tarixi şöhrətinə qovuşmasında Onun bənzərsiz imzası vardır.
Mehriban Əliyeavanın 2004-cü ildə təşkilatın Xoşməramlı səfiri adına layiq görülməsi də bu tükənməz və xeyirxah zəngin fəaliyyətə verilmiş ali dəyərdir. UNESCO-nun “Qızıl Motsart” medalı ilə təqdim edilməsi xoşməramlı fəaliyyətə verilən dərin töhfədir.
Mehriban Əlievanın nadir istedadı və fədakar təşəbbüskarlığı sayəsində Bakı UNESCO-nun humanitar paytaxtlarından birinə çevrilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ənənə halını alan mötəbər toplantılar və Xoşməramlı səfirlərin Azərbaycana davamlı xarakter alan səfərləri ölkəmizin sülhpərvər, tolerant və multikultural obrazını dünyaya nümayiş etdiribdir.
Mehriban xanımın möhtəşəm fəaliyyəti sayəsində muğam və aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənətimiz, Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi, tar, Çövkan, Azərbaycan kəlağayısı, Lahıc misgərlik sənəti, Lavaş, kamança, Naxçıvanın ənənəvi qrup rəqsləri yallı, köçəri, tənzərə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Azərbaycan memarlığının zəngin abidələri olan Şirvanşahlar Sarayı və Qız
Qalası, İçərişəhər, Qobustan Qaya Sənəti, Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilibdir.
Ermənistanın təcavüzünə son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandanın ən yaxın silahdaşı olan Mehriban Əliyeva bir ildir ki, çiyin-çiyinə Cənab Prezidentlə birgə Qarabağın, Şərqi-Zəngəzurun tarixi irsini özünə qaytarmaq üçün yorulmadan çalışır, tariximizin şərəfli salnaməsi olan memarlıq və tarixi abidələrimizi bərpa edir. Mənəvi paytaxtımız olan Şuşa şəhərinin öz möhtəşəm simasının özünə qaytarılması üçün son bir ildə xeyli işlər görülüb və əsas məram indi Şuşanın tarixi abidələrinin UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsidir.
Azərbaycanın Birinici Vitse-prezidenti məqsədyönlü və qarşısına qoyduğu hədəfləri gerçəyə çevirən lider qadındır. UNESCO-da və dünyada mədəniyyət və humanizm, xeyirxahlıq simvolu kimi qəbul edilən Mehriban xanımın Şuşadakı və Qarabağdakı bütün maddi-mənəvi mədəniyyət və tarixi sərvətlərimizi UNESCO-nun dünya irs siyahısına daxil edəcəyinə heç bir şübhə yoxdur.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor