Newscenter.az.9.02.2022. "İki gün əvvəl BNA ləğv edildi, indi Gəncənin Kəpəz və Nizami rayonlarının ləğvi anonsu gəldi. Hər iki qərarı ciddi şəkildə bəyənirəm".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. Ekspert bildirib ki, çünki fəaliyyətilə ölkə iqtisadiyyatına və ya ölkə üçün vacib olan digər sahələrə ciddi fayda gətirməyə qadir olmayan strukturlar nə qədər çox ləğv edilsə, dövlət büdcəsi bir o qədər yükdən azad olar:
"idarəetmənin çevikliyi artar, mərkəzləşdirilmiş kommunikasiya effektiv olar. Fəaliyyətin iqtisadi səmərəliliyi də məhz bundan sonra mümkündür.
Odur ki, ölkənin 70-ə yaxın inzibati ərazi vahidlərinin birləşdirilərək, daha az saylı ərazi vahidlərilə əvəz edilməsi ölkə üçün ən böyük iqtisadi islahat olardı".
Eldəniz Əmirovun sözlərinə görə, beynəlxalq təcrübələrdə də görünən odur ki, daha iri ərazi vahidləri üzrə idarəetmə təkcə iqtisadi deyil, həm də digər sahələrdə böyük imkanlar yaradır:
"Hazırkı 14 iqtisadi rayon üzrə inzibati idarəetmə modellərini yaratmaq da olar. Amma bəzi iqtisadi rayonlar var ki, onların vahid formada deyil, ikiyə bölünmüş halda inzibati modelinin yaradılması daha səmərəli olar. Yeni inzibati idarəçılık üçün ərazi vahidləri yaradarkən iqtisadi rayonlar üzərində bəzi korrektlər etməklə uğurlu həllər tapmaq olar".
Mehman