Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədovun həyatının əsasını xalqına xidmət və xeyriyyəçilik missiyası təşkil edir



Newscenter.az.9.02.2022. Bu gün Azərbaycan diasporunun tanınmış nümayəndəsi, iş adamı, mesenant, xeyriyyəçi, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun (DAMF) və Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) sədri Fizuli Məmmədovun doğum günüdür.

Newscenter.az xəbər verir ki, bununla bağlı Ümumdünya Azərbaycan Mədəniyyət Fondu və Rusiya Azərbaycanlıları İttifaqının Koordinasiya Şurası Fozuli Məmmədovu təbrik edib.

Təbrikdə qeyd edilir ki, Fizuli Məmmədovun həyatının əsasını xalqına xidmət və xeyriyyəçilik missiyası təşkil edir. O, tanınmış diaspor xadimi və iş adamı kimi dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrdə Azərbaycan naminə bir yumuruq kimi birləşərək güc mərkəzinə çevrilməsi, düşmənə qarşı vahid mövqedən çıxış etməklə yanaşı, sosial problemlərlə qarşılaşan soydaşlarımızın ehtiyaclarının zamanında həll olunması və.s. kimi milli və vətənpərvər dəyərləri daşımaqla yanaşı, daima ölkəsinin və xalqının rifahı və çiçəklənməsi naminə əlindən gələni əsirgəməmişdir.

Fizuli Məmmədov 30 ilə yaxındır ki, təsisçisi və rəhbəri olduğu DAMF xeyriyyə xondu vasitəsi ilə xaricdə və doğma vətənində sosial problemlərlə qarşılaşan insanlara, həmçinin şəhid və qazi ailələrimizin problemlərinin həll olunmasında yaxından iştirak etməklə, vətənpərvərlik və xeyriyyəçilik fəaliyyəti ilə iş adamlarına örnək olmaqdadır.

Fizuli Məmmədov Azərbaycan diaspor hərəkatının ən layiqli nümayəndələrindən biri kimi uzun illərdən bəri ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında böyük əmək sərf etməkdədir. Fizuli Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə 15 dekabr 1988-ci ildə Azərbaycan Birliyi, 1994-cü ildə Dünya Azərbaycanlıları Mədəniyyət Fondu, 25 aprel 1999-cu ildə Moskva şəhərində Prezident oteldə Dünya Azərbaycanlıları İttifaqı, düz iyirmi il sonra eyni ünvanda və eyni məkanda 26, 27 aprel 2019-cu ildə ilk dəfə olaraq Rusiyanın bütün bölgələrinin təmsilçiliklərinin iştirakı ilə Rusiya Azərbaycanlıları İttifaqı yaranmışdır. Hazırda qeyd olunan nüfuzlu diaspor təşkilatlarının Rusiya və bir çox Avropa ölkələrində nümayəndəlikləri uğurla fəaliyyət göstərməkdədir.

Azərbayacn xalqının fəxri, dəyərli Fizuli Məmməd oğlu Məmmədovu doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, sağlam ömür və bütün işlərində daima uğurlar arzu edirik!

Anar
Xəbəri paylaş