Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MEDİA-nın rəhbəri: "Prezidentin güzəştli ipotekayla bağlı fərmanının “üçüncü bina” ilə heç bir əlaqəsi yoxdur"



Newscenter.az.9.02.2022. "Cənab Prezident tərəfindən imzalanmış müvafiq fərman müəyyən edilmiş tələblərə cavab verən bütün jurnalistləri əhatə edir və bu fərmanın şərti olaraq “üçüncü bina” adlandırılan bina ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur".

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "Report"un "Çox təqdirəlayiq haldır ki, “Media haqqında” qanunun tətbiqindən sonra jurnalistlər güzəştli ipotekadan yararlana biləcək. Bəs jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyi necə olacaq? Bu bina da ipoteka əsasında jurnalistlərə verilə bilərmi?" sualını cavablandırarkən deyib.

"Qeyd olunan layihələr bir-biri ilə bağlı olmayan tamamilə fərqli layihələrdir, bina ilə bağlı bizdə hər hansı bir məlumat mövcud deyil. Bir daha xüsusilə vurğulamaq istərdik ki, ötən gün imzalanan fərmanın sözügedən bina ilə əlaqələndirilməsi üçün hər hansı hüquqi və məntiqi əsas mövcud deyildir", - o vurğulayıb.

Müsahibəni ətraflı şəkildə buradan oxuya bilərsiniz.
Xəbəri paylaş