Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramiz Mehdiyev RAİ-nin fəaliyyətini əngəlləmək üçün kimlərə TƏLİMAT VERİBMİŞ?



Newscenter.az.9.02.2022. Tanınmış ictimai-siyasi fəal Səftər Rəhimli Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədova ad günü münasibətilə ünvanladığı təbrik mesajında bir sıra maraqlı məqamlara diqqət çəkib.

Newscenter,az həmin fikirləri təqdim edir:

Doğum Günün Kutlu Olsun Əziz Dost

Bu‭ gün‭ Azərbaycan‭ diasporunun‭ ‬ ‭ ‬tanınmış‭ nümayəndəsi,‭ iş‭ adamı,‭ ‬ mesenat, xeyriyyəçi, D‭ünya Azərbaycanlıları Mədəniyyət‭ ‬ ‭ ‬Fondunun (DAMF) və Rusiya‬ Azərbaycanlıları‭ İttifaqının (RAİ) sədri ‭ ‬hörmətli‭ Fizuli‭ Məmmədovun‭ doğum günüdür. Dəyərli Fizuli müəllimə uzun ömür cansağlığı, işlərində daim uğurlar arzu edirəm.

Fizuli müəllim Azərbaycandan kənarda böyük ‭ ‬uğurlar əldə ‭ ‬etmiş,‭ iş adamı ‬və tanınmış içtimai‭ xadimdir. Vətənini,‭ dövlətini,‭ ‬ xalqını‭ sonsuz‭ məhəbbətlə‭ sevən‭ və‭ ona daima xidmət edən böyük Azərbaycan Türküdür. Fizuli Məmmədov Rusiyada yaşayan Azərbaycanlıların fəxridir. Rusiyanın dörd bir tərəfinə səpələnmiş Azərbaycanlıları bir araya gətirən və onların səmimi sevgisini qazanan yeganə diaspor lideridir.‭

Bu gün onun Azərbaycanda‭ nə‭ evi‭ nə‭ də‭ ‬biznesi‭ var.‭ Lakin‭ ‬30‭ ‬ilə yaxındır ki, xaricdəki qazancının müəyyən bir hissəsini Azərbaycanda və xaricdə sosial problemlərlə üzləşən və ehtiyacı olan az təminatlı soydaşlarımıza dəstək verən nadir iş adamıdır.

Qeyd:‭ 26-27‭ Aprel 2019-cu‭ ‬ildə‭ ‬ ‭Moskvada‭ Prezident‭ oteldə‭ Rusiyanın‭ ‬ ‭ ‬bütün bölgələrini‭ təmsil‭ edən‭ ‬ ‭Azərbaycan təşkilatlarının yerlərdəki təmsilçiliklərinin‭ iştirakı‭ ‬ilə‭ Rusiya Azərbaycanlılarının birinci qurultayı keçirildi. Fizuli Məmmədov yekdilliklə RAİ-nin prezidenti seçildi. Təşkilat az müddət ərzində göstərdiyi yüksək fəaliyyəti ilə rus polisinin və rus bürokrasisinin basqısı altında ağır şərtlərdə həyatını sürdürərək qürbətdə yaşayan Azərbaycanlıların ümid yerinə çevrildi…

Çox keçmədi ki, “səfir” Polad Bülbüloğlu təcili Bakıya uçdu və Ramiz Mehdiyevlə görüşdü. RAİ-nin böyük gücə çevrildiyini və onu rahatsız etdiyini vurğuladı. Ramiz Mehdiyev RAİ-nin fəaliyyətini Azərbaycanda‭ ‬və Rusiyada əngəlləmək üçün XİN-ə və digər dövlət‭ qrumlarına‭ təlimat‭ verdi.‭ ‬ ‭ ‬
Nəhayətdə‭ daxili‭ və‭ xarici‭ ‬ ‭ düşmənlərimizin “ciddi fəaliyyətləri” və bəzi dövlət qurumlarımızın yersiz basqılarına rəğmən RAİ bir müddət fəaliyyət göstərsə də sonradan fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı…

Səftər Rəhimli
Xəbəri paylaş