Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi dövlətin hər zaman diqqət mərkəzindədir



Newscenter.az.9.02.2022. “Vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində 2021-ci ildə cəmiyyətin bütün təbəqələrini əhatə edən çoxsaylı sosial qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, mühüm tədbirlər həyata keçirilib”.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2022-ci il 8 fevral tarixində “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb:

“İmzalanmış Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Yeni sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə etməklə ümumilikdə 1,1 milyon (92%) pensiyaçıya şamil olunacaq və bu məqsədlər üçün il ərzində əlavə 352 milyon manat vəsait xərclənəcək. İmzalanmış “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam Azərbaycanda həyata keçirilən sosial siyasətin davamı, dövlətin pensiyaçılara növbəti qayğısı olmaqla yanaşı, əmək pensiyaçılarının sosial rifahının mənfi təsirlərdən qorunmasına hesablanıb”.

“Azərbaycanda postmüharibə və postpandemiya dövründə imzalanmış çoxsaylı sosial qanunlar, fərman və sərəncamlar bir daha Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş, müdrik, sosial-iqtisadi siyasətin göstəricisidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, həyata keçirilən sosial siyasət, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır, Prezident İlham Əliyev Azərbaycan xalqının daha da xoşbəxt, firavan yaşaması, əhalinin sosial rifahını gücləndirilməsi üçün gecə-gündüz yorulmadan, var gücü ilə çalışır.

Ruhiyyə
Xəbəri paylaş