Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Sabirabad rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət ediblər



Newscenter.az.9.02.2022. YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və təşkilatın əməkdaşları Vətən müharibəsi zamanı rəşadətli ordumuzun hər bir üzvü kimi məkrli düşmənə qarşı mərdliklə döyüşən, qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Muradov Elxan Murad oğlunun ailəsini ziyarət ediblər.

Newscenter/az xəbər verir ki, görüşdə şəhid Muradov Elxanın keçdiyi döyüş yolu xatırlanıb, Ali Baş Komandanın rəhbərliyi ilə qalib Ordumuz tərəfindən yazılmış şanlı Zəfər tarixinə nəzər salınıb. Şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb. Daha sonra şəhidin atası Murad Muradov və Əhmədabad ƏİP təşkilatının sədri Qasımov Xəqani ilə birlikdə şəhidin məzarı ziyarət edilib, məzarı önünə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub. Şəhid ailə üzüvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Mehman
Xəbəri paylaş