Newscenter.az.11.02.2022. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 603 yeni yoluxma faktı qeydə alınıb, 6 347 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 732 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 256 nəfər müalicə olunaraq sağalıb, 8 998 nəfər vəfat edib, aktiv xəstə sayı 51 126 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 401, ötən müddət ərzində isə ümumilikdə 6 352 994 test aparılıb.