BDU-ya yeni mətbuat katibi təyin olunub
Tarix: 11-02-2022, 14:39
Newscenter.az.11.02.2022. Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə yeni müdir - mətbuat katibi təyin olunub.
Newscenter.az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Kəmalə Quliyeva təyinat alıb. Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb
Qeyd edək ki, K.Quliyeva əvvəllər bir sıra mətbuat orqanlarında fəaliyyət göstərib. Ən son iş yeri isə APA olub.