Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqanda torpaq məcralı kanal beton üzlüyə alınıb



Newscenter.az.11.02.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Beyləqan Suvarma Sistemləri İdarəsi 2 mənbədən su götürməklə rayon ərazisində yerləşən torpaq sahələrinin suvarılmasını yerinə yetirir. Hər il olduğu kimi bu il də xidməti ərazidə olan torpaq məcralı kanallarda lildən təmizləmə işləri aparılır. Bunun üçün bir-neçə istiqamətdə texnikalar vasitəsilə bu işlər sürətlənib. Məqsəd su itkisinin qarşısını almaq, suvarma suyunu fermerlərə vaxtında və səmərəli çatdırmaq və kəndlinin suvarma suyuna olan təlabatını ödəməkdir.

Beyləqan Suvarma Sistemləri İdarəsi növbəti suvarma mövsümünə hazırlıq məqsədilə balansında olan 7 ədəd nasos stansiyaların və 117 ədəd subartezian quyularının sazlığına da diqqət yetirir. Belə ki, nasos stansiyalar və subartezian quyularının dərinlik nasosları təmir olunaraq saz vəziyyətə gətirilib. İdarənin əsas funksiyalarından biri də torpaq məcralı kanalları beton üzlüklə əvəzləməkdir ki, artıq bu işlər son iki ildə daha da sürətlənib. Buna misal olaraq rayon ərazisindən keçən P-3 kanalını göstərmək olar.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi Qarabağ kanalı vasitəsilə Kür çayından, Xan qızı kanalı vasitəsilə isə Araz çayından su götürməklə rayon ərazisində 50539 ha əkilən kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirir ki, bu da hər il məhsul artımına səbəb olur. Beyləqan Suvarma Sistemləri İdarəsinin balansında 1298 km suvarma kanalı var.

Sevinc
Xəbəri paylaş