Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Fəzail Ağamalı partlayiş zamanı xəsarət almış qazi ailəsini ziyarət edib



Newscenter.az.11.02.2022. Deputat Fəzail Ağamalı Salyan rayonu Qarabağlı kəndində fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan və Bakı şəhəri 5 saylı klinik xəstəxanasına (Respublika yanıq mərkəzi) yerləşdirilən, Qurbanov Zaur Mikayıl oğlu və həyat yoldaşı Qurbanova Şəfəq Əli qızını ziyarət edib.

Newscenter.az xəbər verir ki, 07.02.2022-ci il tarixində Salyan rayonu Qarabağlı kəndində fərdi yaşayış evində partlayış baş vermiş və bir ailənin üç üzvü müxtəlif yanıq bədən xəsarət almışdı. Xəstələr, Salyan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilmiş, ilkin tibbi yardım göstərildikdən sonra, birinin vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılmış, digər iki nəfərin isə, vəziyyəti orta ağır hesab edildiyi üçün, Həkim nəzarətində Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasına göndərilmişdi.

Hadisə baş verən gündən Fəzail Ağamalı ailənin səhəti ilə yaxından maraqlanmış və ailəyə lazımı köməklikləri göstərilməsi üçün tapşırıqlarını verib.

Qeyd edək ki, ailənin bir oğul övladı Mikayıl Qurbanov müharibədə iştirak edib və iki dəfə yaralanıb.

Fəzail Ağamalı, oğlu Elçin Ağamalı və qızı Günay Ağamalı, yanğında xəsarət alan ailəyə müəyyən miqdarda qan da verib.

Mehman
Xəbəri paylaş