Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova Estoniyada həmvətənlərimizlə görüşüb



Newscenter.az.11.02.2022. Bu günlərdə Estoniyaya səfərimiz çərçivəsində, Tallin şəhərindəki Azərbaycan Evinin (Aserbaidžaani Maja Eestis) qonağı oldum və Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, Estoniya Azərbaycan Tarixi Əlaqələri Araşdırma İnstitutunun rəhbəri Cəfər Məmmədov, Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlı, Estoniyada təhsil alan azərbaycanlı tələbələr Tokay Oktay oğlu, Nəzrin Hüseynzadə, Nəriman Əmiraslanov və digər həmvətənlərimizlə görüşdüm.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Evi, diaspor fəaliyyətinin daha da inkişaf etdirilməsi, Estoniyada yaşayan və təhsil alan azərbaycanlıların həmrəyliyinin möhkəmləndirilməsi, habelə Estoniya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması məqsədi ilə yaradılıb.
Bu gün, Azərbaycan Evi özünün uğurlu fəaliyyəti ilə iki ölkə arasında mövcud olan dostluq münasibətlərinə, milli mədəniyyətimizin dünyaya inteqrasiyası və mədəniyyətlərarası əməkdaşlığa mühüm töhfələr verməkdədir.

Tallin şəhərinin ən gözəl tarixi-memarlıq abidələrindən hesab edilən binada yerləşmiş Azərbaycan Evi, həm də Estoniyada təhsil alan azərbaycanlı tələbələrin ən çox üz tutduğu məkanlardan biridir. Çünki Vətənindən, ailəsindən uzaq düşən həmvətənlərimiz bu məkanda ailə ocağının istisini hiss edir, Evin əməkdaşlarının mehriban münasibətini görürlər.

Vətəndən uzaq qürbət ölkədə uğurlu fəaliyyətləri ilə ölkəmizi layiqincə təmsil edən, statusundan asılı olmayaraq bir-birilərinə isti münasibət, birlik və həmrəylik nümayiş etdirən bütün həmvətənlərimizə dərin təşəkkürlərimi bildirir, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin qorunub saxlanılması yönündə gördükləri işlərdə onlara yeni-yeni nailiyyətlər arzulayıram.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş