Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib



Newscenter.az.11.02.2022. 11 fevral 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayonunun İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Məmmədov Xəyal Arif oğlunun ailəsini ziyarət edərək şəhidimizin doğum gününü dərin hüznlə anıb.

Newscenter.az xəbər verir ki, şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.
Yaşasaydı Xəyalın 33 yaşı tamam olacaqdı. Şəhid Xəyal Arif oğlu Məmmədov 13 fevral 1989-cu il tarixində Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur.

2008-ci ildə Xəyal həqiqi hərbi xidmətə yollanıb. Xidmətini Ağdam rayonunun N saylı hərbi hissəsində keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra 2010-cu ildə MAXE geri qayıdaraq xidmətini Tərtər rayonunun N saylı hərbi hissəsində davam etdirmiş, ilk öncə Kiçik Çavuş, daha sonra Çavuş olmuşdur.

O, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ – Vətən Müharibəsinə yollanmış, Oktyabrın 2-də gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Məmmədov Xəyal ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Mehman
Xəbəri paylaş