Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Bəyannaməsi artıq tam şəkildə qüvvəyə minmiş sayılır



Newscenter.az.11.02.2022. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı imzalayıb, bəyannaməni təsdiq edib.

Beləliklə, bu gündən etibarən Şuşa Bəyannaməsi artıq tam şəkildə qüvvəyə minmiş sayılır.

Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış bu tarixi sənəddə tərəflərin öz milli maraq və mənafelərini birlikdə müdafiə və təmin etməsi qeyd edilib.

Biz bu bəyannamənin qüvvəyə minməsi münasibətilə Azərbaycan və Türkiyə ictimaiyyətini, bütün Türk dünyasını təbrik edirik.

Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədidir, sarsılmazdır. Tanrı tək millətimizə, iki dövlətimizə yar olsun!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş