Newscenter.az.11.02.2022. 11 fevral 2022-ci il tarixdə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayında Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının yeni təyin edilmiş sədrinin təqdimatı keçirilib.
Newscenter.az xəbər verir ki, təqdimat mərasimində rayon icra hakimiyyətinin, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak ediblər. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini böyük ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini qeyd edib. RİH-nin başçısı partiyanın yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunduğunu bildirərək YAP Kəlbəcər Rayon Təşkilatının sədri Misirov Həbib Məhərrəm oğlunu ictimaiyyətə təqdim edib.
Tədbirdə çıxış edən partiya fəalları YAP Kəlbəcər Rayon Təşkilatının yaranma tarixindən danışıb, təşkilatın sədri təyin olunması münasibətilə Həbib Misirovu təbrik etmiş və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıblar.
YAP Kəlbəcər Rayon Təşkilatına sədr təyin olunmuş Misir Həbibov göstərilən etimada görə ölkə başçısına və YAP rəhbərliyinə təşəkkürünü bildirərək, bundan sonra da Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd edib.
Mehman