Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayden Ukraynanın ərazi bütövlüyünə sadiqlik ifadə edib



Newscenter.az.13.02.2022 Cozef Bayden Volodimir Zelenski ilə telefon danışığında ABŞ-ın Ukraynanın suverenliyinə sadiqliyini vurğulayıb.

Newscenter.az xəbər verir ki, bu barədə Ağ Evin ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefonda danışığına dair məlumatında bildirilir.

Məlumata görə, liderlər Ukrayna böhranının həlli üçün diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər.

"Prezident Bayden Prezident Zelenskiyə ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək öhdəliyini bir daha təsdiqlədi. Liderlər Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi gücünü artırmasına cavab olaraq diplomatik səylərin davam etdirilməsi və nəzarətin vacibliyi barədə razılığa gəliblər", - Ağ Evin bəyanatında deyilir.

Qeyd edilir ki, Ağ Ev rəhbəri Ukrayna Prezidentinə ABŞ və müttəfiqlərindən “Rusiyanın Ukraynaya “qarşı istənilən təcavüzünə” “tez və qəti” cavab vəd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski də Amerika lideri Cozef Baydenlə bir saatlıq danışıq apardığını, təhlükəsizlik vəziyyəti, iqtisadi məsələlər və Rusiya Federasiyasına qarşı sanksiyaları müzakirə etdiyini bildirib.

"Cozef Baydenlə bir saatlıq telefon danışığı oldu. Təhlükəsizlik, iqtisadiyyat, risklər, sanksiyalar və Rusiyanın təcavüzü haqqında danışdıq. Təfərrüatlar daha sonra", - o, tviter hesabında yazıb.

Qeyd edək ki, telefon danışığı Bakı vaxtı ilə saat 19:00-da başlayıb və 1 saata yaxın davam edib.

Bu, Zelenski ilə Bayden arasında ilin əvvəlindən bu günə kimi üçüncü telefon danışığıdır - prezidentlər yanvarın əvvəlində və sonunda da telefon danışığı aparıblar.
Xəbəri paylaş