Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs həbs edilib-YENİLƏNİB



Newscenter.az.13.02.2022. Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində əməliyyat keçirib, bir neçə vəzifəli şəxs həbs edilib.

"Report"un əldə etdiyi məlumata görə, nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq davam edir.
Xəbəri paylaş