Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibə və siyasi gərginlik ölkələrin ticari əlaqələrinə uzun müddət təsirsiz ötüşməyəcək



Newscenter.az.13.02.2022. "Bir sıra aparıcı Qərb ölkələri Kiyevdəki yerli diplomatik fəaliyyətlərini məhdudlaşdırırlar. ABŞ Prezidenti öz ölkəsinin vətəndaşlarını qısa zamanda Ukraynanı tərk etməyə səsləyib. Rusiya ilə Ukrayna arasındakı gərginlik daha da dərinləşməkdədir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, iki MDB üzvü arasındakı gərginlik bu dövlətlərin iqtisadi əlaqələrindən də yan keçməyib:

"Belə ki, uzun müddət regionda aparıcı ticarət tərəfdaşları olan Şimal qonşumuz ilə Ukrayna Rusyanın Krımı özünə birləşdirməsindən sonra iqtisadi sahədə əməkdaşlığı kəskin azaldıblar".

Millət vəkili bildirib ki, 2011-ci ildə Ukraynanın Rusiyaya illik ixracatı 19 milyard dollara çatmışdı:

"Bu göstərici 2021-ci ildə 5 milyard dollaradək azalıb. Eyni zamanda, 2011-ci ildə Ukraynaya 18 milyard dollardan artıq ixrac edən Rusiya ötən il öz qonşusuna 6 milyard dollarlıq mal və xidmət göndərə bilib. 2013-ci ildə Rusiya Ukrayna ixracatının 25.7 faizini formalaşdırırdısa, ötən il bu pay 7.7 faizədək azalıb. Son gərginlikdən sonra iqtisadi əlaqələrin daha da zəifləyəcəyi gözlənilir. Müharibə və siyasi gərginlik ölkələrin ticari əlaqələrinə hələ uzun müddət təsirsiz ötüşməyəcək".

Mehman
Xəbəri paylaş