Newscenter.az.13.02.2022. "Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbə rəisi polkovnik Xələfov DTX tərəfindən saxlanılıb. Sonuncunun həbsi təsdiqlənib. Siyahının genişlənəcəyi mümkündür".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Müdafiə Nazirliyində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi həbslərə münasibət bildirərkən qedy edib. Ədalət Verdiyev onu da vurğulayıb ki, bu generalın ortaqlarını tapmaq istəsəniz, onu cənab Prezidentə "ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən Silahlı Qüvvələrimizin hərbi qulluqçuları" ilə eyni siyahıya daxil edənlərlə maraqlanın:
"Niyə görə mühasib general olmalıdır ki, həbsi də düşməni sevindirsin?".
Mehman