Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

REAL Partiyası təkrar seçkilərlə bağlı İMZA TOPLAYIR



Newscenter.az.13.02.2022. "REAL partiyası 33 və 35 saylı Xətai seçki dairələrinin ərazisində seçki tələbi ilə imza toplayacaq".

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı partiyanın sədri İlqar Məmmədov verib. O bildirib ki, bu və bir neçə başqa dairələrin nəticəsi 2 il əvvəl ləğv olunub:

"Konstitusiya deputat sayını 125 kimi göstərsə də, 2 ildir Konstitusiya pozulmuş durumdadır – cəmi 120 təmsilçi var. Bəzi ölkələrdə parlamentdə üzvlük müddəti cəmi 2 ildir, bizdə isə 200 min seçici 2 ildən çoxdur təmsilçisiz qalıb. Nə qədər imza toplayaq? Nəzəri baxımdan dairədə qalib olmaq üçün 1 səs də kifayət edir. Yəni 40 min seçicidən cəmi 1 nəfər gəlib kiməsə səs versə, o şəxs deputat sayılır. Amma nəzəri norma ilə məhdudlaşmadıq, faktiki mənzərəyə baxdıq. Son seçkidə, yəni 2020`ci ilin fevralında ölkədə ən az səslə qalib gələn deputat bütün seçicilərin 5,65 faizinin səsini qazanıb".

İlqar Məmmədov qeyd edib ki, nisbətdə, Xətai-33 üçün bu edir 2690, Xətai-35 üçün isə 2205 seçici. Yəni nəzəri-praktiki baxımdan seçilmək üçün minimum belədir:

"Bu rəqəmlər heç bir hüquqi məcburiyyət yaratmır, daha çox rəmzidir, amma siyasi yükə malikdir. Ona görə imza toplamanı onların üzərindən quracağıq. Daha 3 boş qalan dairədə hansısa partiya ya da ictimai qrup istəsə imza toplasın. Bizim aksiya son nəticədə onlar üçün də keçərlidir".

Mehman
Xəbəri paylaş