Newscenter.az.13.02.2022. YAP Gəncə şəhər Təşkilatının və Gəncə İş Adamları İctimai Birliyinin təşkilatçılığı ilə sahibkarlarla birgə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov, "BSC" (Business Service Centre) MMC – nin direktoru Zaur Mütəllimov, BMT-nin layihələr üzrə koordinatoru İlkin Əliyev və 60-dan çox sahibkar iştirak edib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov çıxış edərək, ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılmasından danışıb. Ramil Orucov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasını, ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafını təmin edir. Regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinə yönəldilib. Sevindirici haldır ki, Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlar, iş adamları ölkəmizdə gedən bu uğurlu prosesdə yaxından iştirak edirlər.
“Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov qısa zaman ərzində fəaliyyətə başlamasına baxmayaraq Birliyin bir sıra dövlət və özəl qurumlarla, səfirlik, xarici ticarət palataları və beynəlxalq təşkilatları ilə əməkdaşlıq etməyə başlamasından, sahibkarların maarifləndirilməsi istiqamətində atdığı addımlardan, həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, “Gəncə İş Adamları” İctimai Birliyinin əsas məqsədlərindən birinin iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafı təmin etməklə yanaşı, sahibkarlarının fəaliyyətinin səmərəli təşkilinin real bazar mühitində formalaşmasına şərait yaradan layihələr hazırlamaq və dəstək olmaqdır.
Tədbirdə “Gəncə İş Adamları” İctimai Birliyinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Milli Məclisin deputatı Müşfiq Çəfərov, BSC Consultingin Direktoru Zaur Mütəllimov, BMT-nin layihələr üzrə koordinatoru İlkin Əliyev çıxış edərək, Azərbaycan dövlətinin artan gücündən, özəl sektorların, sahibkarların ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnməsindən danışıblar.
Təlimçilər BSC ASAN xidmət layihə rəhbəri Nahid İbrahim, BSC şirkətinin layihə rəhbəri Elxan Babayev Vergi Məcəlləsin edilən dəyişikliklərdən danışıb, Mənfəət və Gəlir vergisi, vergi qanunvericiliyinin pozulmasına dair məsuliyyət, sahibkarlıq subyektlərinin öhdəliklərindəki dəyişiklik və bazar qiyməti, vergi məcəlləsində edilmiş digər dəyişiklərlə bağlı iştirakçılara məlumat veriblər.
Daha sonra tədbir iştirakçılarının Vergi Məcəlləsinin ayrı-ayrı maddələri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Anar