Newscenter.az.14.02.2022. Avropa İttifaqı (Aİ) və Dünya Bankı Azərbaycana qrant ayrılması üçün müqavilə imzalayacaq.
"Report"un əldə etdiyi məlumata görə, 5,25 milyon ABŞ dolları həcmində olan vəsait "Azərbaycan texniki yardim aləti" adlı layihə çərçivəsində ayrılacaq.
Vəsaitin Aİ tərəfindən ayrılacağı, layihənin isə Dünya Bankı tərəfindən icra ediləcəyi deyilir.
Layihə 3 il müddətində Aİ-nin Azərbaycan üçün müəyyən etdiyi 4 strateji istiqamət və 9 fəaliyyət sahəsi üzrə icra ediləcək.