Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda COVİD-19-dan vəfat edənlərin sayı 9 mini keçdi



Newscenter.az.14.02.2022. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 749 yeni yoluxma faktı qeydə alınıb, 3 971 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 747 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 690 059 nəfər müalicə olunaraq sağalıb, 9 077 nəfər vəfat edib, aktiv xəstə sayı 48 782 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 251, ötən müddət ərzində isə ümumilikdə 6 398 476 test aparılıb.
Xəbəri paylaş