Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU-da yaz sessiyası hibrid formada təşkil olunacaq



Newscenter.az.14.02.2022. Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq.

Newscenter.az təhsil ocağının mətbuat katibi Kəmalə Quliyevaya istinadən xəbər verir ki, bu barədə BDU Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib.

Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib.

R.Mehdiyeva
Xəbəri paylaş