Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT baş katibi Rusiya və Ukraynanın XİN başçıları ilə danışıqlar aparıb



Newscenter.az.14.02.2022. BMT baş katibi Antoniu Quttereş Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ayrı-ayrılıqda onlayn danışıqlar aparıb.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.

"BMT-nin baş katibi bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə videogörüş keçirib. Baş katib Ukrayna xarici işlər naziri ilə də çox qısa danışıb", - Düjarrik deyib.

Onun sözlərinə görə, Quterreş bu gün həmçinin Ukrayna ilə bağlı açıqlama verəcək.
Xəbəri paylaş