Newscenter.az.14.02.2022 . BMT missiyasının Ukraynada olması ilə bağlı heç bir dəyişiklik yoxdur.
“Report” xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Ukraynada BMT-nin mövcudluğunda heç bir dəyişiklik yoxdur”, - Dujarrik deyib.
Qeyd edək ki, son günlər müşahidə edilən gərginlik fonunda bir sıra ölkələr vətəndaşlarını Ukraynaya səfər etməməyə çağırıb.