Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədalət Verdiyev: "Əsgərə ayrılan vəsaitə, ərzağa əl uzadanlar ən sərt şəkildə cəzalandırılmalıdır”



Newscenter.az.14.02.2022. Dövlət Təhlükəsizliyi Xidmətinin Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində, eyni zamanda tabelikdə olan digər qurumlarda həyata keçirdiyi əməliyyatlar və həbslər təbii ki, hamımızı sarsıdan hadisədir.

Bu sözləri DTX-nin Müdafiə Nazirliyində apardığı son əməliyyatı Yenipress.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertə görə, istənilən halda bu əməliyyatlar genişlənəcək və həbs edilən şəxslərin şəbəkəsi üzə çıxacaq:

“Qalib Ordumuza yaraşmayacaq şəkildə müxtəlif zabitlərin cinayətlərdə iştirak etməsi Müdafiə Nazirliyinin tabeliyində olan idarə və şöbələrə, eləcə də digər qurumlara nəzarətin daha da gücləndirilməsini tələb edir. Cənab İlham Əliyev də Müdafiə Nazirliyinin müşavirə və toplantılarında çatışmazlıq və nöqsanlardan bəhs edib. Düşünürəm ki, əsgərə ayrılan vəsaitə, ərzağa və geyimə əl uzadanlar, buna göz yuman rəhbər vəzifəli şəxslər qanunvericiliyə uyğun şəkildə ən sərt şəkildə cəzalandırılmalıdır”.
Xəbəri paylaş