Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Cavanşir Paşazadə seçiciləri ilə görüşüb-FOTOLAR



Newscenter.az.14.02.2022. Millət vəkili Cavanşir Paşazadə seçiciləri ilə görüşlərini davam etdirir

Newscenter.az xəbər verir ki, Cavanşir Paşazadənin Lənkəranın Vilvan kəndində baş tutan görüşü zamanı Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın ruhları yad edilib.

Seçiciləri qarşısında çıxış edən Cavanşir Paşazadə qeyd edib ki, “44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Bu gün qaldırılacaq şəxsi və sosial problemlər ya yerindəcə həll olunacaq və ya müfaviq qurumlar qarşısında məsələlər qaldırılacaqdır. Sizinlə görüşümüzün arxasında da cənab Prezidentin apardığı uğurlu siyasət durur”.

Görüşdə seçicilərdən İltifat Cavadov, Ziya Məmmədov, Əliniyaz Ağayev və digərləri ölkədə gedən iqtisadi, siyasi və sosial sahələrdə mövcud inkişafı vurğulamış, millət vəkilinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, millət vəkili rayon sakinləri ilə görüşləri davam etdirir.

Mehman
Xəbəri paylaş