Newscenter.az.14.02.2022. Dünya Bankı (DB) Ukrayna və Rusiya arasındakı mümkün qarşıdurma fonunda Ukraynadakı əməkdaşlarını təxliyə edir.
“Report” xəbər verir ki, bu barədə “Reuters”in əldə etdiyi DB-yə aid xidməti sənəddə qeyd olunub.
"Əməkdaşlarımızın və onların ailələrinin təhlükəsizliyini təmin etmək Dünya Bankı üçün əsas prioritetdir. Təxliyə siyasətimizə uyğun olaraq işçilərin müvəqqəti yerdəyişməsi və gücləndirilmiş təhlükəsizlik tədbirləri gerçəkləşdirilir", - sənəddə bildirilib.