Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Peşə kursunu uğurla bitirən şəxslərə sertifikatlar verilib



Newscenter.az.14.02.2022
. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzində təşkil edilən "Ofisiant" və “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə hazırlıq kursları başa çatıb.

Newscenter.az xəbər verir ki, "İmperial" Restoranlar şəbəkəsi və "Saloğlu" Fərdi Firması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən kursu uğurla bitirmiş müdavimlərə sertifikatlar təqdim edilib.

Kurs müddətində peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunub. Sonda isə iştirakçılar qiymətləndirmə prosesinə cəlb ediliblər.

Növbəti mərhələ olaraq hər iki hazırlıq kursunu uğurla başa vuran 22 müdavimin adıçəkilən işəgötürənlər tərəfindən iş ilə təmin olunması nəzərdə tutulub.

Sevinc
Xəbəri paylaş