Newscenter.az.14.02.2022. "BƏƏ ilə Türkiyə arasında münasibətlər çox da mükəmməl deyildi. Kıbrıs məsələsində BƏƏ yunan kəsimini dəstəkləyirdi. Ərdoğanın bu səfəri Türkiyə üçün böyük üstünlüklər qazandıracaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Elman Vəliyev səsləndirib. O bildirib ki, Ərdoğan Əmirlik ilə 13 müqavilə bağladı. Ən önəmlisi hərbi və iqtisadi sferaya aiddir:
"Türkiyə valyuta ehtiyatını artırmaq üçün BƏƏ svap(qarşılıqlı valyuta mübadiləsi) anlaşması edəcək. Türkiyənin ərəb dövlətləri ilə nizamlı siyasəti ilk öncə iqtisadi üstünlüklərin əldə olunmasına gətirib çıxardacaq. Türkiyə iqtisadi sektorda ən çox Qətər kartından istifadə edir.
Həmçinin İzrail prezidenti Hersoq da Ərdoğanla münasibətləri normallaşdırmaq üçün müsbət fikirlər səsləndirdi. Bu faktlar Türkiyənin super güc olma yolunda önəmli təkan olacaq".
Mehman