Newscenter.az.14.02.2022. Fevralın 15-də gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində yeni siyirtmənin quraşdırılmasıdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Sevinc